​ABŞ-ın daxili təhlükəsizlik naziri: "İŞİD bütün səylərini amerikalıların vətənlərində terror aktları törətməsinə yönəldib"

​ABŞ-ın daxili təhlükəsizlik naziri: "İŞİD bütün səylərini amerikalıların vətənlərində terror aktları törətməsinə yönəldib" Əgər onlar sərhədlərimizə yaxın olsaydılar, ərazilərimizə kimisə göndərərdilər
Digər ölkələr
28 İyul , 2016 06:04
​ABŞ-ın daxili təhlükəsizlik naziri: İŞİD bütün səylərini amerikalıların vətənlərində terror aktları törətməsinə yönəldib

Bakı. 28 iyul. REPORT.AZ/ İŞİD terror qruplaşmasının başçıları bütün səylərini amerikalıların öz vətənlərində terror aktları törətməsinə sövq etməyə yönəldib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın daxili  təhlükəsizlik naziri Cey Conson Amerikanın Aspen (Kolorado ştatı) şəhərində çıxışı bildirib.

O əmin olduğunu bildirib ki, terror qruplaşması səylərini ABŞ əhalisinin bu hücumları etməsinə gücləndirib. C. Conson bununla yanaşı vurğulayıb ki, İŞİD- in əsas məqsədi həm də insanların öz vətənlərində qalaraq terror aktları törətmələridir.

"Bu, İŞİD-ə ucuz və az təhlükəli başa gəlir. Əgər onlar sərhədlərimizə yaxın olsaydılar, ərazilərimizə kimisə göndərərdilər", - deyə nazir əlavə edib.

C.Conson bununla əlaqədar insanları sayıq olmağa nail olmağa çağırıb. Nazir deyib ki, İŞİD Avropa Birliyi ölkələri ilə bağlı başqa strategiyasını seçib.

"O ki qaldı Avropaya, orada vəziyyət bir qədər fərqlidir. Həmin ərazilər İraqa və Suriyaya daha yaxındır, orada vəziyyət başqa cürdür" – deyə nazir vurğulayıb .

Son xəbərlər

Orphus sistemi