ABŞ-ın Məxfi Xidməti Ağ evin mühafizəsini gücləndirir

ABŞ-ın Məxfi Xidməti Ağ evin mühafizəsini gücləndirir Cənub tərəfdən evin hasarı boyunca ərazi əhali üçün bağlanıb
Digər ölkələr
20 Aprel , 2017 04:50
ABŞ-ın Məxfi Xidməti Ağ evin mühafizəsini gücləndirir
Associated Press

Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ hökuməti prezident iqamətgahının ən məşhur tamaşa edilməli yerini ziyarətçilər üçün bağlayır və onun ətrafında təhlükəsizlik perimetrini genişləndirir.

"Report" "USA Today"ə istinadən xəbər verir ki, cənub tərəfdən evin hasarı boyunca ərazi əhali üçün bağlanıb.

Məxfi Xidmət yerli sakinlər və turistlər üçün məşhur gəzinti yeri olan "Ellips"ə qədər olan əraziyə girişi məhdudlaşdırmağa hazırlaşır.

Qeyd olunur ki, bu addım Ağ ev ərazisinə daxil olmaq cəhdlərinin artması ilə əlaqədar atılıb.

Son xəbərlər

Orphus sistemi