Yuxarı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək
Cina Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinə malikdir

Bakı. 13 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə daha əvvəl direktor müavini kimi çalışmış Cina Haspeli təyin edib.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, bununla da MKİ-yə ilk dəfə qadın rəhbərlik edəcək.

Xatırladaq ki, bir qədər əvvəl D.Tramp MKİ rəhbəri Mayk Pompeonu ABŞ dövlət katibi vəzifəsinə təyin edib.

Qeyd edilir ki, C.Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinə malikdir. O, xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi