ABŞ-ın maliyyə naziri xidməti reaktiv təyyarə ilə bal ayına getmək istəyib

ABŞ-ın maliyyə naziri xidməti reaktiv təyyarə ilə bal ayına getmək istəyib Cütlük Şotlandiya, Fransa və İtaliyaya uçmaq niyyətində olub
Digər ölkələr
14 Sentyabr , 2017 08:46
ABŞ-ın maliyyə naziri xidməti reaktiv təyyarə ilə bal ayına getmək istəyib

Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ-ın maliyyə naziri Stiven Mnuçin ötən yay həyat yoldaşı ilə Avropaya bal ayına getmək üçün Hərbi Hava Qüvvələrinin təyyarəsindən istifadəyə icazə istəyib.

"Report" ABC telekanalına istinadən xəbər verir ki, cütlük Şotlandiya, Fransa və İtaliyaya uçmaq niyyətində olub.

Telekanalın məlumatına görə, söhbət bir saatlıq icarə haqqı təqribən 25 min dollar olan xüsusi təchiz edilmiş reaktiv təyyarədən gedir.

Lakin Nazirliyin Baş İnspektor İdarəsi bu icazəni məqsədəuyğun hesab etməyib və ona rədd cavabı verib.

Son xəbərlər

Orphus sistemi