Koloradoda baş vermiş atışmada 1 şagird öldürülüb, 7 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Koloradoda baş vermiş atışmada 1 şagird öldürülüb, 7 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-2 ABŞ-ın Kolorado ştatında fəaliyyət göstərən məktəbdə baş vermiş atışmada 1 şagird öldürülüb, daha 7 nəfər yaralanıb.
Digər ölkələr
8 May , 2019 05:28
Koloradoda baş vermiş atışmada 1 şagird öldürülüb, 7 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-2

ABŞ-ın Kolorado ştatında fəaliyyət göstərən məktəbdə baş vermiş atışmada 1 şagird öldürülüb, daha 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Denver News" məlumat yayıb.

Qeyd edilir ki, yaralılar 15 və yuxarı yaş şagirdləridir. Onlardan 4-ü ağır vəziyyətdədir. KİV-in məlumatına görə, hadisə ilə bağlı saxlanılanlar da bu məktəbin şagirdləridir.

Duqlas dairəsinin polis şerifi bildirib ki, silahlılar məktəbli yoldaşlarına iki ayrı yerdə atəş açıblar. 


***01:48

ABŞ-ın Kolorado ştatında, Denverdəki məktəblərdən birində baş verən atışma zamanı azı 7 nəfər yaralanıb

Bu barədə "Report" "Fox News"a istinadən xəbər verir.

Yaralıların hamısının şagirdlər olduğu bildirilir. Duqlas dairəsinin polis şerifi bildirib ki, hadisə ilə bağlı iki nəfər şübhəli şəxs kimi saxlanılıb. Polis binada təhqiqat işini davam etdirir. Ölənlər barədə məlumat yoxdur. 


***00:40

ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə KMGH-TV məlumat yayıb.

Məlumata görə, hadisə Kolorado ştatında, Denverdəki məktəblərdən birində baş verib. Qeyd edilir ki, atışma zamanı 2 nəfər yaralanıb. 

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi zərərsizləşdirib. Məlumata görə, şübhəli şəxs özü də yüngül xəsarət alıb. 

Daha əvvəl ABŞ-da baş vermiş atışmada 5 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi