ABŞ-ın keçmiş prezidentinə sui-qəsddə təqsirləndirilən şəxs azadlığa buraxılacaq

ABŞ-ın keçmiş prezidentinə sui-qəsddə təqsirləndirilən şəxs azadlığa buraxılacaq Hakim onun cəmiyyətdə yaşamağa hazır olduğunu iddia edir
Digər ölkələr
27 İyul , 2016 19:37
ABŞ-ın keçmiş prezidentinə sui-qəsddə təqsirləndirilən şəxs azadlığa buraxılacaq

Bakı. 27 iyul. REPORT.AZ/ ABŞ məhkəməsi 1981-ci ildə prezident olmuş Ronald Reyqana qarşı sui-qəsddə təqsirli bilinən Con Hinklinin psixiatriya xəstəxanasından çıxaraq Virciniya ştatında yaşamasına icazə verib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məhkəmə bildirib ki, 61 yaşlı C.Hinkli cəmiyyətdə yaşaya bilər. O, 1981-ci ildə Vaşinqtondakı "Hilton" otelinin girişində R.Reyqana qarşı törədilən sui-qəsddən 35 il sonra bu il avqustun 5-də psixiatriya xəstəxanasını tərk edəcək. 

Xatırladaq ki, o vaxt açılan 6 atəş prezidentin sinəsinə dəyib. 1982-ci ildə keçirilən məhkəmə prosesi zamanı Con Hinkli 13 maddə üzrə günahkar bilinib. 

Son xəbərlər

Orphus sistemi