ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib Sabiq prezidentin orqanizmində susuzlaşma qeydə alınıb
Digər ölkələr
14 İyul , 2017 04:32
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

Bakı. 14 iyul. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Cimmi Karter Kanadada orqanizmin susuzlaşması səbəbindən xəstəxanaya yerləşdirilib, lakin hazırda özünü yaxşı hiss etdiyi bildirilir.

"Report" xəbər verir ki, bu barədə Karter Mərkəzinin saytında dərc olunmuş bəyanatda deyilir.

"Sabiq prezidentin orqanizmində quruma bu gün səhər Kanadadakı Manitoba əyalətinin Vinnipeq şəhərində "İnsan üçün yaşayış yeri" tikinti layihəsi üzərində işləyərkən qeydə alınıb", - deyə bəyanatda bildirilir.

92 yaşlı sabiq prezidentin nümayəndəsi söyləyib ki, Karter "ehtiyat üçün" müayinədən keçmək məqədi ilə xəstəxanaya yerləşdirilib, həyat yoldaşı onun yanındadır.

Son xəbərlər

Orphus sistemi