ABŞ-ın keçmiş prezidenti, ata Corc Buş xəstəxanaya yerləşdirilib

ABŞ-ın keçmiş prezidenti, ata Corc Buş xəstəxanaya yerləşdirilib O, Texas ştatındakı Hyuston şəhərində fəaliyyət göstərən xəstəxanada müalicə olunur
Digər ölkələr
19 Aprel , 2017 02:30
ABŞ-ın keçmiş prezidenti, ata Corc Buş xəstəxanaya yerləşdirilib
Foto: Sepimages.ru

Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ-ın keçmiş prezidenti, ata Corc Buş xəstəxanaya yerləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "ABC News" telekanalı xəbər verib.

"Keçmiş prezident Corc Buş xəstəxanaya yerləşdirilib, lakin o özünü normal hiss edir" – deyə telekanalın "Twitter"dəki rəsmi səhifəsində bildirilir. Telekanal həmçinin keçmiş prezidentin ofisinin bəyanatını da dərc edib. Bildirilir ki, ata Corc Buş Texas ştatındakı Hyuston şəhərində fəaliyyət göstərən xəstəxanada müalicə olunur. O, ötən həftənin cümə günü arasıkəsilməyən öskürəklə əlaqədar xəstəxanaya yerləşdirilib.

Sonradan Buşa yüngül sətəlcəm diaqnozu qoyulub. Lakin keçmiş prezident yaxşı müalicə edilib. "Prezident" Buş yüksək əhval-ruhiyyə ilə yaşayır və sonra müayinələr aparılacaq. O, hələlik öz gücünü bərpa edir" – deyə eks-prezidentin ofisinin bəyanatında bildirilir.

Son xəbərlər

Orphus sistemi