ABŞ-ın Kaliforniya ştatında atışma olub, ölən var

ABŞ-ın Kaliforniya ştatında atışma olub, ölən var Hadisə zamanı 1 nəfər öldürülüb
Digər ölkələr
5 Avqust , 2017 08:31
ABŞ-ın Kaliforniya ştatında atışma olub, ölən var

Bakı. 5 avqust. REPORT.AZ/ Naməlum şəxs ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərindəki parkda atəş açıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalının yerli filialı polisə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı 1 nəfər öldürülüb. Hadisə yerinə gələn asayiş keşikçiləri atəş açan şəxsi müəyyən ediblər. Şübhəli şəxs saxlanılma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. O, odlu silahdan açılan atəşlə yaralanıb və xəstəxanaya yerləşdirilib.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir. Polis əməkdaşları hadisə şahidlərinin ifadələrini alır. 

Son xəbərlər

Orphus sistemi