Yuxarı

ABŞ-ın İslamabaddakı səfiri Trampın ittihamları ilə əlaqədar Pakistan XİN-ə çağırılıb

ABŞ-ın İslamabaddakı səfiri Trampın ittihamları ilə əlaqədar Pakistan XİN-ə çağırılıb

Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın "Twitter"də İslamabad əleyhinə tənqidindən sonra bu ölkənin səfiri Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, bu barədə "News International" mənbəyə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, prezident Donald Trampın əsassız ittihamına narazılıq bildirmək üçün səfir Devid Xeyli Pakistanın Xarici Siyasət İdarəsinə dəvət olunub.

Daha əvvəl Tramp "Twitter"də yazaraq bildirib ki, ABŞ İslamabada maddi yardım göstərib. Lakin Pakistan terrorçuluqla mübarizədə Birləşmiş Ştatlara kömək etməyib və Əfqanıstandan olan silahlıları gizlədib. Amerika lideri bildirib ki, bu, daha olmayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi