ABŞ-ın İslam mərkəzində kütləvi qırğının qarşısı alınıb

ABŞ-ın İslam mərkəzində kütləvi qırğının qarşısı alınıb Polis mərkəzi ziyarətçilərini güllələmək istəyən şəxsi tutub
Digər ölkələr
5 Dekabr , 2017 05:55
ABŞ-ın İslam mərkəzində kütləvi qırğının qarşısı alınıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Amerikanın Ceksonvill şəhərində yerli İslam mərkəzində ziyarətçiləri güllələmək istəyən kişi saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ceksonvill şəhər şerifi ofisinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, 69 yaşlı Bernardino Qavala Bolatete odlu silahlar üçün optik nişan saxlamaq da daxil olmaqla çoxsaylı ittihamlar əsasında həbsə alıınıb.

"İslam mərkəzində insanlara atəş açılması planlaşdırılırdı, onun qarşısını aldıq", — deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi