ABŞ-ın İraqdakı Səfirliyinin yaxınlığına raket atılıb

ABŞ-ın İraqdakı Səfirliyinin yaxınlığına raket atılıb İraqın paytaxtı Bağdadın mərkəzinə, ABŞ səfirliyinin yerləşdiyi yaşıl zonaya raket düşüb.
Digər ölkələr
11 İyun , 2020 02:26
ABŞ-ın İraqdakı Səfirliyinin yaxınlığına raket atılıb

İraqın paytaxtı Bağdadın mərkəzinə, ABŞ səfirliyinin yerləşdiyi "yaşıl zona"ya raket düşüb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyi İraqın təhlükəsizlik orqanlarındakı mənbə bildirib.

"Bu yaxınlarda “ yaşıl zona”nın Amerika səfirliyinə yaxın hissəsində raketin düşməsi nəticəsində partlayış baş verdi. "Yaşıl zonada" sirenalar işə salındı”, - müsahib agentliyə deyib.

Hadisə zamanı ölənlər və ya maddi ziyan barədə bildirilmir.

İraqın təhlükəsizlik orqanları “Twitter”də qeyd edib ki, raket "yaşıl zona”dan şərqdəki “Xalq” stadionu yaxınlığında buraxılıb.

Son xəbərlər

Orphus sistemi