Yuxarı

ABŞ-ın İrandan neft alışına dair tam qadağası qüvvəyə minir

​ABŞ-ın İrandan neft alışına dair tam qadağası qüvvəyə minir

ABŞ-ın İrana qarşı sanksiyaları cümə axşamından, nəhayət ki, tətbiq olunduğu gündən yarım il sonra tam qüvvəsi ilə işə düşəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, Vaşinqton mayın 2-dən İran neftinin idxalına müvəqqəti icazənin müddətini uzatmamaq qərarına gəlib.

Qərar artıq neftin qiymətinin bir barel üçün 75 dollardan yuxarı qalxmasına səbəb olub, lakin OPEK+ sazişinin iştirakçı ölkələrinin Tehrana qarşı sanksiyalar səbəbindən bazarda yarana biləcək istənilən boşluğu öz neftləri ilə dolduracaqlarına dair bəyanatları bazarı sakitləşdirib. Bununla yanaşı, Birləşmiş Ştatların özü də bazarda yanacaq defisitinə yol verməyəcəyini vəd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi