ABŞ esminesinin ticarət gəmisi ilə toqquşması nəticəsində 7 nəfər itkin düşüb, xəsarət alanların sayı 3-ə çatıb - VİDEO - YENİLƏNİB-2

ABŞ esminesinin ticarət gəmisi ilə toqquşması nəticəsində 7 nəfər itkin düşüb, xəsarət alanların sayı 3-ə çatıb - VİDEO - YENİLƏNİB-2 Hadisə nəticəsində çoxlu sayda xəsarət alanlar var
Digər ölkələr
17 İyun , 2017 03:05
ABŞ esminesinin ticarət gəmisi ilə toqquşması nəticəsində 7 nəfər itkin düşüb, xəsarət alanların sayı 3-ə çatıb - VİDEO - YENİLƏNİB-2
Courtesy İmage

Bakı. 17 iyun. REPORT.AZ/ ABŞ esminesinin Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşması nəticəsində xəsarət alanların sayı üç nəfər çatıb.

"Report"un məlumatına görə, bu barədə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri xəbər verib.

Bildirlir ki, hadisə zamanı kapitan Bensondan başqa daha iki dənizçi xəsarət alıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin Yokosukadakı hospitalına yerləşdirilmələrini tələb ediblər.

ABŞ-ın Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşmuş esminesinin 7 ekipaj üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.

Bu barədə "NHK" teleşirkəti məlumat yayıb. Qeyd edək ki, ABŞ esminesi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub. "USS Fitzgerald" esminesi Yokosukidən 56 dəniz mili (103,7 kilometr) cənub-qərbdə ticarət gəmisi ilə üz-üzə gəlib.


***02:10

ABŞ esminesinin Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşması nəticəsində xeyli adam xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ABŞ rəsmisinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə nəticəsində çoxlu sayda xəsarət alanlar var. Lakin xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat verilmir. Hadisə zamanı esmines də zədələnib.

İlkin məlumatda bildirilir ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələri kömək üçün Yaponiyanın sahil mühafizəsinə müraciət edib. 


***01:20

ABŞ esminesi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ-ın Hərbi Dəniz Donanmasına istinadən xəbər verib. 

Xəbərdə bildirilir ki, "USS Fitzgerald" esminesi Yokosukidən 56 dəniz mili (103,7 kilometr) cənub-qərbdə ticarət gəmisi ilə toqquşub. Zərəçəkənlərin sayı dəqiqləşdirilir.

Bildirilir ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələri kömək üçün Yaponiyanın sahil mühafizəsinə müraciət edib.  

Son xəbərlər

Orphus sistemi