ABŞ-ın eskadra mina gəmisi Suriya sahillərinə yaxınlaşıb

ABŞ-ın eskadra mina gəmisi Suriya sahillərinə yaxınlaşıb Donald Kuk esminesi 60 "Tomahawk" raketi ilə təchiz edilib
Digər ölkələr
10 Aprel , 2018 00:15
ABŞ-ın eskadra mina gəmisi Suriya sahillərinə yaxınlaşıb

Bakı. 10 aprel. REPORT.AZ/ Amerikanın Donald Kuk adına eskadra mina gəmisi Kiprin Larnaka limanını tərk edərək Suriya sahillərinə yaxınlaşıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyaya məxsus təyyarələr gəmi üzərindən dörd dəfə alçaqdan uçuş ediblər.

Esminesin 60 "Tomahawk" raketi ilə təchiz edildiyi bildirilir. Hərbi gəmi Suriyanın ikinci ən böyük liman şəhəri olan Tartusun 100 km-də lövbər salıb.

Son xəbərlər

Orphus sistemi