ABŞ-ın energetika üzrə xüsusi elçisi Səudiyyə Ərəbistanı və Livana gedib

ABŞ-ın energetika üzrə xüsusi elçisi Səudiyyə Ərəbistanı və Livana gedib Səfər mayın 22-də başlanıb və 25-dək davam edəcək
Digər ölkələr
24 May , 2016 03:22
ABŞ-ın energetika üzrə xüsusi elçisi Səudiyyə Ərəbistanı və Livana gedib

Bakı. 24 may. REPORT.AZ/ Birləşmiş Ştatların energetikada beynəlxalq münasibətlər məsələləri üzrə xüsusi elçisi Amos Hokstin hökumət nümayəndələri ilə görüşmək və əməkdaşlığı müzakirə etmək üçün Səudiyyə Ərəbistanı və Livana gedib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

İdarənin məlumatına görə, səfər mayın 22-də başlanıb aə 25-dək davam edəcək.

"O, Səudiyyə Ərəbistanında energetika üzrə əməkdaşlıq və şaxələndirmə məsələlərini müzakirə etmək üçün hökumət və enerji sektorunun nümayəndələri ilə görüşəcək", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Hokstin Livanda paytaxt Beyrutda keçiriləcək enerji forumunda iştirak edəcək. Bundan əlavə o, Livan hökumətinin üzvləri ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi