ABŞ-ın energetika naziri istefa verib

ABŞ-ın energetika naziri istefa verib ABŞ-ın energetika naziri Rik Perri vəzifəsindən istefa verib.
Digər ölkələr
18 Oktyabr , 2019 01:46
ABŞ-ın energetika naziri istefa verib

ABŞ-ın energetika naziri Rik Perri vəzifəsindən istefa verib.

Bu barədə "Report" RİA "Novosti" xəbər agentliyinə istinadən bildirir.

Qeyd edilir ki, o, istefasının qəbul olunması ilə bağlı ABŞ prezidenti Donald Trampdan xahiş edib.

Ölkənin Energetika Nazirliyinin başçısı vəzifəsinə yeni namizədin adı hələlik naməlumdur.

Xatırladaq ki, bir neçə gün əvvəl Rik Perrinin vəzifəsindən istefa verəcəyi barədə məlumat yayılıb. "Politico" qəzeti bildirib ki, ABŞ-ın energetika naziri yaxın günlərdə vəzifəsindən istefa verə bilər. Nəşr qeyd edib ki, Perrinin mayda prezident Vladimir Zelenskinin inaqurasiyasında iştirak etmək üçün ABŞ-ın nümayəndə heyətinin başçısı kimi Ukraynaya səfəri onu impiçment işi çərçivəsində işinin araşdırılmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi