ABŞ-ın Ədliyyə Nazirliyi Culian Assanca qarşı ittiham irəli sürməyə hazırlaşır

ABŞ-ın Ədliyyə Nazirliyi Culian Assanca qarşı ittiham irəli sürməyə hazırlaşır Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ-ın Ədliyyə Nazirliyi Culian Assanc əleyhinə ittiham irəli sürməyə hazırlaşır.
Digər ölkələr
16 Noyabr , 2018 04:25
ABŞ-ın Ədliyyə Nazirliyi Culian Assanca qarşı ittiham irəli sürməyə hazırlaşır

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ-ın Ədliyyə Nazirliyi Culian Assanc əleyhinə ittiham irəli sürməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb. 

Bildirilir ki, nazirlikdə Assancın ABŞ-da mühakimə ediləcəyinə ümid edirlər.

Nəşrin məlumatına görə, prokurorlar il boyu Assanjın əleyhinə bir sıra mümkün ittihamları müzakirə ediblər.

Nəşrin mənbələri Böyük Britaniya və ya Ekvadorla bu mövzuda danışıqların aparılıb-aparılmaması barədə danışmaqdan imtina ediblər. Lakin bildiriblər ki, Assanjın ətrafında baş verən son hadisələr onları sevindirir.

Daha əvvəl Ekvador məhkəməsi Assanjın hüquqlarını qaçqın kimi müdafiə etməklə bağlı iddianı rədd etmək qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi