Yuxarı

ABŞ-ın ədliyyə naziri FTB rəhbərinin müavinini işdən azad edib

ABŞ-ın ədliyyə naziri FTB rəhbərinin müavinini işdən azad edib

Bakı. 17 mart. REPORT.AZ/ ABŞ-ın ədliyyə naziri, baş prokuror Ce Seşns Federal Təhqiqat Bürosu (FTB) direktorunun müavini Endryu Makkeybini vəzifəsindən azad etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, Endryu Makkeyba 2016-cı ilin prezident seçkilərinə aid təhqiqatda fəal iştirak edib.

"Baş müfəttişin məruzəsinə, FTB-nin Peşəkar Məsuliyyət Bölməsinin nəticəsinə və Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxslərinin tövsiyələrinə əsaslanaraq, mən bu andan Endryu Makkeybinin səlahiyyətlərinə xitam vermək haqqında qərar qəbul etdim", - deyə Seşnsin cümə günü yayılmış bəyanatında bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi