Yuxarı

ABŞ-ın dövlət katibliyinə namizədin Rusiya ilə münasibətlərinə dair faktlar açıqlanıb

ExxonMobil Saxalın-1də əldə etdiyi gəlir vergisinin 35 faizdən 20 faizədək endirilməsini istəyir

Bakı. 13 dekabr. REPORT.AZ/ “CNBS” telekanalı ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın dövlət katibliyinə namizəd olaraq irəli sürdüyü Reks Tillersonla Rusiya münasibətlərinə dair material yayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı RİA "Novosti” yayıb.

Qeyd edək ki, Reks Tillerson baş ofisi ABŞ-ın Texas ştatında yerləşən “ExxonMobil” neft şirkətinin başçısıdır. Bu, kapitalının həcminə görə dünyanın ən böyük şirkətlərindən sayılır. O, 1975-ci ildən bu şirkətdə işləyir və 1998-ci ilin yanvarında “ExxonMobil” şirkətinin vitse-perzindeti olub. R.Tillerson 14 ildir şirkətin prezidentdir.

Həmin faktları qısa olaraq diqqətinizə çatdırırıq:

- "ExxonMobil" Rusiyada "Saxalin-1" layihəsində iştirak edir. Bu layihədə onun 30 faiz, Yaponiyanın “Sodeco”, Rusiyanın “Rosneft”i və Hindistanın “ONGC” şirkətlərinin hər birinin 20 faiz payı var.

- “ExxonMobil” Rusiyada, Saxalin şelfində “Çayvo”, “Odoptu” və “Arkutun-Daqi” qaz yataqlarında fəaliyyət göstərir.

- R.Tillerson Rusiya prezidenti Vladimir Putinlə 2003-cü ildə Sankt-Peterburqda keçirilən “Qlobal enerji” forumunda görüşüb. Onlar 2005-ci ilin sentyabrında isə Vaşinqtonda bir araya gəliblər. 2012-ci ilin iyununda Putinlə Tillerson Tuapsedə görüşüblər. R.Tillerson Peterburqda beynəlxalq iqtisadi forumda bu il də daxil olmaqla dəfələrlə iştirak edib.

- 2013-cü ildə isə Rusiya prezidenti onu “Dostluq” ordeni ilə təltif edib.

- "ExxonMobil” ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan ən çox əziyyət çəkən şirkətdir. Şirkət Rusiyada 9 layihəsinin dayandırıb.

- ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın müşaviri Kellienn Kouey bildirib ki, Tillersonla Putin münasibətləri yerli barlardan birində yüz-yüz araq içməyə deyil, işgüzar maraqlara söykənir.

- ABŞ şirkəti “Saxalın-1”də əldə etdiyi gəlir vergisinin 35 faizdən 20 faizədək endirilməsini istəyir. Bununla da son 7 ildə ödədiyi 500 milyon dollarlıq vergini geri qaytarmağa səy göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi