ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfərə yola düşüblər

ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfərə yola düşüblər ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo təyyarə ilə Ankaraya səfərə yola düşüblər.
Digər ölkələr
17 Oktyabr , 2019 04:26
ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfərə yola düşüblər

ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo təyyarə ilə Ankaraya səfərə yola düşüblər.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Vitse-prezident və dövlət katibi eyni helikopterlə yerli vaxtla saat 18:00-da Vaşinqton ətrafındakı "Endryus" hərbi hava bazasına gəliblər. Vitse-prezident və dövlət katibi bazadan müxtəlif təyyarələrlə səmaya qalxıblar. Onları gətirən təyyarə təxminən 11 saat sonra Ankarada yerə enəcək.

ABŞ rəsmiləri Türkiyənin hökumət üzvləri ilə Suriyada keçirilən hərbi əməliyyat məsələsini müzakirə etməyi planlaşdırır. M. Pensin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir. Bu Pensin, ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəridir.

Son xəbərlər

Orphus sistemi