​ABŞ-ın diplomatiyası tarixində dövlət katibi ilk dəfə Xirosimadakı Sülh Parkını ziyarət edib

​ABŞ-ın diplomatiyası tarixində dövlət katibi ilk dəfə Xirosimadakı Sülh Parkını ziyarət edib Yaponiyada "Böyük -7"liyin xarici işlər nazirlərinin görüşü keçirilir
Digər ölkələr
11 Aprel , 2016 08:35
​ABŞ-ın diplomatiyası tarixində dövlət katibi ilk dəfə Xirosimadakı Sülh Parkını ziyarət edib

Bakı. 11 aprel. REPORT.AZ/ ABŞ-ın diplomatiya tarixində dövlət katibi Con Kerri ilk dəfə olaraq, Yaponiyanın Xirosima şəhərindəki Sülh Parkını ziyarət edib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Con Kerri özünün twitter" səhifəsində bu ziyarətlə bağlı yazıb: "Dünyada hamı bu xatirə kompleksinin gücünü görüb, hiss etməlidir. Mən Sülh Parkını ziyarət etdiyim üçün fəxr edirəm".

Xirosimada "Böyük -7"liyin ("G-7") xarici işlər nazirlərinin görüşü keçirilir. Toplantı Sülh Parkının ziyarəti ilə başlayıb.

Yaponiyanın Xarici İşlər Nazirliyi "B-7"liyin baş diplomatlarının Sülh Parkını ziyarətini nüvə sahəsində tərksilah istiqamətində atılan addım kimi dəyərləndirib.

Qeyd edək, bu park 1945-ci ilin avqustunda Yaponiyanın Xirosima şəhərinin ABŞ-ın atom bombası ilə bombalaması nəticəsində həlak olanların xatirəsinə salınıb.  

Son xəbərlər

Orphus sistemi