ABŞ-ın daha bir ştatında atışma olub, ölən və yaralananlar var

ABŞ-ın daha bir ştatında atışma olub, ölən və yaralananlar var Bakı. 24 noyabr. REPORT.AZ/ Ötən gün ABŞ-da atışma olub.
Digər ölkələr
24 Noyabr , 2018 09:31
ABŞ-ın daha bir ştatında atışma olub, ölən və yaralananlar var

Bakı. 24 noyabr. REPORT.AZ/ Ötən gün ABŞ-da atışma olub. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Miami Herald” nəşri məlumat verib. 

Hadisə Florida ştatının Mayami Deyd dairəsində bir mağazanın qarşısında qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

WSNV telekanalının məlumatına görə, ölənlərdən biri qadındır. 

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, noyabrın 24-də ABŞ-ın Nyu Cersi ştatında da ticarət mərkəzlərindən birində atışma olmuş, 1 nəfər yaralanmışdı. 

Son xəbərlər

Orphus sistemi