Yuxarı

ABŞ-ın bir sıra şəhərlərində Tramp əleyhinə aksiyalar keçirilib - FOTO

ABŞ-ın bir sıra şəhərlərində Tramp əleyhinə aksiyalar keçirilib - FOTO
Bir neçə min insan Respublikaçıların namizədinin prezident seçilməsinə etiraz edib

Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-ın bir sıra şəhərlərində minlərlə insan küçələrə çıxaraq yeni prezident seçilmiş Donald Tramp əleyhinə aksiyalar keçirib.

"Report" "Chicago Tribune"ya istinadən xəbər verir ki, bir neçə min insan Respublikaçılar Partiyasının namizədinin prezident seçilməsinə etiraz edib.

Onlar prezidentin adını daşıyan göydələnin yanından keçərək, Tramp əleyhinə şüarlar səsləndiriblər. Aksiyaçılar xüsusən Trampı irqçilikdə ittiham ediblər və müsəlmanlara dəstək ifadə ediblər.

Nyu-Yorkun Yunion-skver rayonunda da yüzlərlə insan Tramp əleyhinə aksiya keçirib. "NBC New York"un yazdığına görə, rayonda toplaşan 400-dən çox insan Trampın qalib gəlməsinə etiraz edib.

Yunion-skverdə müəyyən edilmiş yerdə toplaşan etirazçılar təşkilatçıların planlarına görə, "Trump Tower"in göydələni önündə piket keçiriblər.

Aksiya "facebook" sosial şəbəkəsində təşkil edilib. On mindən çox sosial şəbəkə istifadəçisi bildirib ki, kütləvi tədbirlərdə iştirak etməyə hazırdırlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi