Yuxarı

ABŞ-ın beş əczaçılıq şirkəti koronavirusa qarşı vaksin hazırlayacaq

ABŞ-ın beş əczaçılıq şirkəti koronavirusa qarşı vaksin hazırlayacaq

ABŞ-ın beş böyük əczaçılıq şirkəti, noyabr ayına qədər koronavirusun yeni ştammına (COVID-2019) qarşı 150 milyon doza vaksin hazırlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu Ağ Evin ticarət müşaviri Peter Navarro deyib.

“ABŞ-dakı beş böyük şirkət, Manhettenlə (nüvə silahının yaradılması – Red) eyni miqyaslı layihə ilə məşğuldur. Ümid edək ki, bu ilin noyabr ayına qədər 150 milyon dozamız hazır olacaq. Planın icrası çox səy və tədqiqat tələb edir”.

Onun sözlərinə görə, Gilead şirkətinin “Remdesivir” adlı təcrübə dərmanı perspektivli görünür. Navarro, bu dərmanın klinik sınaqlarının erkən başlamasının vacibliyini qeyd edib: 

“Gözləyirik ki, bu ayın sonu və ya mart ayının ortalarında məhsulun sınanmasına və istehsalına başlanılsın”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi