ABŞ-ın başçılıq etdiyi koalisiya Bağdadın istəyi ilə İraqda qalacaq

ABŞ-ın başçılıq etdiyi koalisiya Bağdadın istəyi ilə İraqda qalacaq Bakı. 20 avqust. REPORT.AZ/ Beynəlxalq antiterror koalisiyasının tərkibində olan ABŞ hərbçiləri rəsmi Bağdadın istəyi ilə İraqda qalacaqlar.
Digər ölkələr
20 Avqust , 2018 15:25
ABŞ-ın başçılıq etdiyi koalisiya Bağdadın istəyi ilə İraqda qalacaq
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ Beynəlxalq antiterror koalisiyasının tərkibində olan ABŞ hərbçiləri rəsmi Bağdadın istəyi ilə İraqda qalacaqlar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi, amerikalı polkovnik Şon Rayan Dubayda təşkil edilən mətbuat konfransında bildirib.

"Beynəlxalq koalisiya İraq hökumətinin istəyinə əsasən İraqda qalır", - Ş.Rayan deyib.

Onun sözlərinə görə, İŞİD terror qruplaşması ciddi rəqibdir, onların üzvlərinin sayı çoxdur, koalisiya İŞİD yaraqlılarına qarşı mübarizəni davam etdirəcək.

İngilis versiyası U.S. forces to stay in Iraq

Son xəbərlər

Orphus sistemi