ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyi yaxınlığında bir neçə raket partlayıb.
“Report”un məlumatına görə, bu barədə “Al Hadath” telekanalı xəbər verib.
Bildirilir ki, Bağdadın “Yaşıl zonası”nda 3 raket partlayıb. Məlumata görə, hücumla eyni vaxtda həyəcan siqnalı işə düşüb.
Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilmir.