Yuxarı

ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə "Alumni Fair" adlı təhsil sərgisi keçirilib

ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə "Alumni Fair" adlı təhsil sərgisi keçirilib

Bakı. 22 aprel. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə "Education USA"-in “Alumni Fair” adlı təhsil sərgisi keçirilib.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən "Report"a verilən məlumata görə, sərgi xaricdə təhsillə maraqlananlar üçün ABŞ universitetlərində təhsil alma imkanları haqqında məlumat əldə etmək üçün əla fürsət olub.

Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onları maraqlandıran suallarla məzunlara müraciət edə biliblər.

Sərgidə 17-dən çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz universitetlərini təmsil edərək maraqlanan sərgi iştirakçıları ilə danışıb, onları məlumat və bukletlərlə təmin edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi