​ABŞ-ın Arkanzas ştatında edam hökmü bərpa edilir

​ABŞ-ın Arkanzas ştatında edam hökmü bərpa edilir Xüsusilə, səkkiz ölüm hökmünün icrasının vaxtı təyin olunub
Digər ölkələr
10 Sentyabr , 2015 06:12
​ABŞ-ın Arkanzas ştatında edam hökmü bərpa edilir

Bakı. 10 sentyabr. REPORT.AZ/ Amerikanın Arkanzas ştatı 10 illik fasilədən sonra məhbusların edam edilməsi praktikasını bərpa edəcək.

"Report" xəbər verir ki, bu barədə qubernator Asa Xatçinson məlumat verib.

Xüsusilə, səkkiz ölüm hökmünün icrasının vaxtı təyin olunub.

Gözlənildiyinə görə, oktyabrın 21-də iki məhbus biri midazol olmaqla üç pereparat qarışığından ibarət öldürücü iynə vurulması yolu ilə edam ediləcək.

1976-cı ildən ABŞ-da ən ali cəza tədbirinə yenidən icazə verildiyi tarixdən Arkanzasda 27 nəfər edam olunub.

Son xəbərlər

Orphus sistemi