Yuxarı

ABŞ-ın keçmiş vitse-prezidenti prezidentliyə namizədliyini irəli sürəcək

ABŞ-ın 76 yaşlı keçmiş vitse -prezidenti prezident olmaq istəyir

ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden 2020-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu “Twitter” səhifəsində yazıb.

C.Bayden ABŞ Prezidenti Barak Obamanın hakimiyyəti illərində ölkənin ikinci şəxsi olub. 

Qeyd edək ki, C.Bayden 2009-cu il yanvarın 20-dən 2017-ci il yanvarın 20-dək ABŞ-ın 47-ci vitse-prezident olub. Demokratlar Partiyasından olan keçmiş vitse-prezident 1942-ci il noyabrın 20-də ABŞ-ın Pensilvaniya ştatının Skranton şəhərində anadan olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi