ABŞ-ın 3 ştatında fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

ABŞ-ın 3 ştatında fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib Bakı. 27 may. REPORT.AZ/ ABŞ-ın Alabama, Missisipi və Florida ştatlarında yaxınlaşmaqda olan Alberto fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Digər ölkələr
27 May , 2018 04:37
ABŞ-ın 3 ştatında fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
"Reuters"

Bakı. 27 may. REPORT.AZ/ ABŞ-ın Alabama, Missisipi və Florida ştatlarında yaxınlaşmaqda olan "Alberto" fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə həmin ştatların qubernatorlarının saytında məlumat yayılıb.

Bildirilir ki, fırtına Karib dənizində yaranıb və Meksika körfəzi istiqamətində yerini dəyişir.

Alabama ştatının qubernatoru Ayvi Keyin bəyanatda bildirilir ki, ştatın ərazisində güclü yağışların yağması gözlənilir, bundan başqa, daşqınlar və tornado təhlükəsi də var. Bununla əlaqədar Milli Qvardiyanın dəstələri və fövqəladə hallar xidməti hazırlıq vəziyyətinə gətirilib. 

Ehtimal olunur ki, fırtına yaxın saatlarda Alabamada hiss ediləcək. Bu, ən azı həftənin sonunadək davam edəcək.

Daha əvvəl Missisipi və Florida ştatlarında da fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər

Orphus sistemi