Yuxarı
    Bağlamaq

    ABŞ-ın 15 ştatı Tramp administrasiyasını məhkəməyə verib

    Baş prokurorlar Bruklin federal məhkəməsində iddia qaldırıblar© Courtesy İmage

    Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-ın on beş ştatı və Vaşinqton immiqrant uşaqların müdafiəsi proqramının ləğvinin qarşısını almaq cəhdinə görə prezident Donald Tramp administrasiyasını məhkəməyə verib.

    "Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, baş prokurorlar Nyu-York ştatının Bruklin Federal Məhkəməsində bununla bağlı iddia qaldırıblar.

    Onlar təkid edirlər ki, immiqrant uşaqlar üçün təxirə salınmış hərəkət proqramının ("Deferred Action for Childhood Arrivals" - DACA) ləğvi haqqında qərar qeyri-konstitusiondur. Bir halda ki, insanları lazımi məhkəmə təhqiqatında hüquqdan məhrum edir.

    Nyu-York ştatının baş prokuroru Erik Şnayderman prezidenti meksikalılara və Latın Amerikası ölkələrinin vətəndaşlarına qarşı qərəzli münasibətdə ittiham edərək Trampın planlarını "amansız, uzağı görməyən və insafsız" adlandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi