ABŞ ilə "Taliban" arasındakı növbəti, sayca 6-cı danışıqlar bu gün Qətərdə başlayacaq.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Taliban" hərəkatının nümayəndəsi Zabiullah Mücahid məlumat verib.
Onun sözlərinə görə, ABŞ-ın nümayəndə heyəti hazırda gəldiyinə görə, görüşün ən qısa müddətdə başlayacağı gözlənilir.
Daha əvvəl ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Dohada keçirilən danışıqlarının beşinci mərhələsinin yekununda taliblərlə, o cümlədən ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı razılaşmanın ilkin qaralama formasının hazırlanması barədə məlumat verib. O, eyni zamanda qeyd edib ki, hələlik yekun razılaşma yoxdur.