ABŞ ilə Şimali Koreya arasındakı dialoq yaxın həftələrdə bərpa oluna bilər

ABŞ ilə Şimali Koreya arasındakı dialoq yaxın həftələrdə bərpa oluna bilər ABŞ ilə Şimali Koreya arasındakı işçi səviyyəli danışıqlar yaxın bir neçə həftə ərzində bərpa oluna bilər.
Digər ölkələr
16 Sentyabr , 2019 12:51
ABŞ ilə Şimali Koreya arasındakı dialoq yaxın həftələrdə bərpa oluna bilər

ABŞ ilə Şimali Koreya arasındakı işçi səviyyəli danışıqlar yaxın bir neçə həftə ərzində bərpa oluna bilər.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, bu barədə KXDR-dəki rəsmi mənbə bildirib.

Bu gün Cənubi Koreya Prezidenti Mun Ce-in də tərəflər arasındakı danışıqların yaxın vaxtlarda bərpa olunacağını bildirib, lakin konkret vaxt söyləməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreyanın dövlət başçısı Kim Çen In arasında bu ilin fevral ayındakı Hanoy görüşü nəticəsiz başa çatdıqdan sonra tərəflər arasında Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair dialoq ləngiyir. İyun ayında tərəflər iki Koreya arasındakı sərhəddə görüşərək, dialoqu bərpa etməklə bağlı razılaşsalar da, danışıqlar hələ də aparılmır.

Son xəbərlər

Orphus sistemi