Yuxarı

ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlayıb

ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlayıb

Stokholmdakı Lildingö adasında ABŞ ilə Şimali Koreya nümayəndələri arasında ilkin görüş başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, işgüzar danışıqlar sabah başa çatacaq.

ABŞ səfirliyi və İsveç Xarici İşlər Nazirliyi bu görüşə dair rəsmi məlumat yaymayıb. Bəzi mənbələrə görə, görüşdə ABŞ prezidentinin Şimali Koreyadakı xüsusi elçisi Steven Biqanın da iştirak edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi