Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, görüş qapalı keçirilir və görüşdən sonra onların media nümayəndələrinin qarşısına çıxacağı bildirilir.
Sergey Lavrovu ABŞ prezidenti Donald Trampın da qəbul edəcəyi gözlənilir.