Yuxarı

ABŞ ilə KXDR arasında növbəti zirvə görüşünün təxmini vaxtı açıqlanıb

ABŞ ilə KXDR arasında növbəti zirvə görüşünün təxmini vaxtı açıqlanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ ilə Şimali Koreya arasındakı növbəti zirvə görüşü gələn ayın ortalarında Avropada keçirilə bilər.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi” qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən məlumat verib. Bildirilib ki, hazırda görüşün Stokholm və ya Cenevrədə keçirilməsi variantları müzakirə olunur. 

Bununla belə, ABŞ Prezidenti Donald Trampın tərəf müqabili Kim Çen Inı Floridadakı şəxsi iqamətgahında da qəbul etməyə hazır olduğu bildirilir. Koreya tərəfi isə aprel ayında iki Koreya zirvə görüşünün keçirildiyi Phenyan və ya Pxanmuncom şəhərləri variantına üstünlük verir.

Xatırladaq ki, tərəflər arasında son görüş bu il iyunun 12-də Sinqapurda keçirilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi