​ABŞ İsveçrədə tutulan FİFA məmurlarının təhvil verilməsini istəyib

​ABŞ İsveçrədə tutulan FİFA məmurlarının təhvil verilməsini istəyib Son 24 ildə həmin məmurlar 150 milyon dollara yaxın rüşvət alıb
Digər ölkələr
2 İyul , 2015 13:14
​ABŞ İsveçrədə tutulan FİFA məmurlarının təhvil verilməsini istəyib

Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ İsveçrə hakimiyyətindən ölkədə tutulan Beynəlxalq Futbol Assosiasiyaları Federeasiyası (FİFA) məmurlarının ekstradisiyasını tələb edir. 

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. 

Məlumata görə, ABŞ bununla bağlı İsveçrəyə müraciət göndərib.

Qeyd edək ki, bu il mayın 27-də ABŞ ədliyyə qurumunun müraciəti əsasında Sürix polisi FİFA-nın 14 keçmiş və fəaliyyətdə olan futbol funksionerini tutub. ABŞ Ədliyyə Nazirliyinin hesablamasına əsasən, son 24 ildə həmin məmurlar 150 milyon dollara yaxın rüşvət alıb.

Bu ilin mayında FİFA-nın bir neçə yüksək vəzifəli məmuru korrupsiya ittihamı ilə həbs olunub. İstintaqın əsas obyektləri "DÇ-2018" (Rusiya) və "DÇ-2020"-yə (Qətər) ev sahibi seçilməsində ehtimal olunan korrupsiya məsələsidir. 

Son xəbərlər

Orphus sistemi