​ABŞ İŞİD-ə qarşı mübarizəni gücləndirmək üçün müttəfiqlərini toplayıb

​ABŞ İŞİD-ə qarşı mübarizəni gücləndirmək üçün müttəfiqlərini toplayıb Avropa komandanlığının baş qərargahında İŞİD-lə mübarizədə iştirak edən ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilib
Digər ölkələr
4 May , 2016 22:52
​ABŞ İŞİD-ə qarşı mübarizəni gücləndirmək üçün müttəfiqlərini toplayıb

Bakı. 4 May. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə daha güclü hərbi dəstəyi təmin edib, İŞİD terror təşkilatına, onun İraqın şimalında və Suriyadakı fəaliyyətinə son qoya biləcək. 

"Report" xəbər verir ki, o, bunu ABŞ-ın Avropa komandanlığının baş qərargahında İŞİD-lə mübarizədə iştirak edən ölkələrin müdafiə nazirlərinin toplantısından sonra deyib.

Görüşdə Almaniyanın, Fransanın, İtaliyanın, Danimarkanın, Böyük Britaniyanın, Niderlandın, İspaniyanın, Norveçin, Avstraliyanın, Kanadanın və Yeni Zelandiyanın müdafiə nazirləri iştirak ediblər.

Toplantının nəticəsi barədə danışan Eşton Karter qeyd edib ki, danışıqlarda terrorçuların məhv edilməsi üçün müttəfiqlərin atacaqları addımlar, təşəbbüslər müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi