ABŞ İraq və Suriyada İŞİD-in qırğınlarına məruz qalmış dini azlıqlara yardım edəcək

ABŞ İraq və Suriyada İŞİD-in qırğınlarına məruz qalmış dini azlıqlara yardım edəcək Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İraq və Suriyanın İŞİD yaraqlıları tərəfindən törədilmiş qırğınların qurbanları olmuş dini və etnik azlıqların humanitar yardımla təmin edilməsini nəzərdə tutan qanun layihəsi imzalayıb.
Digər ölkələr
12 Dekabr , 2018 06:57
ABŞ İraq və Suriyada İŞİD-in qırğınlarına məruz qalmış dini azlıqlara yardım edəcək

Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İraq və Suriyanın İŞİD yaraqlıları tərəfindən törədilmiş qırğınların qurbanları olmuş dini və etnik azlıqların humanitar yardımla təmin edilməsini nəzərdə tutan qanun layihəsi imzalayıb.

“Report” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.

"Son vaxtlar İŞİD Suriya və İraqda dini və etnik azlıqlara qarşı dəhşətli cinayətlər törədib", - deyə qəzet Trampın sözlərini sitat gətirib.

O bildirib ki, qanun layihəsi ABŞ-ın eləcə də dini proqramlar vasitəsi ilə nəzərdə tutulan icmalara yardımını nəzərdə tutur.

Sənəd həmçinшn hökumət agentliklərinə İŞİD-in araşdırdığı və təqib etdiyi qruplara da yardım etmək imkanı verir.

Bundan əvvəl İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunub.

Son xəbərlər

Orphus sistemi