Bakı. 5 iyul. REPORT.AZ/ ABŞ İranın Hörmüz boğazını bağlamaq və tankerlərin işini pozmaq barədə təhdidlərinə cavab verib.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ donanmasının mərkəzi komandanlığının nümayəndəsi kapitan Bill Urban ölkəsinin və onun tərəfdaşlarının regionda təhlükəsizliyini və stabilliyini qorumaqda davam etdiklərini bildirib.
"Biz birlikdə boğazda gəmilərin naviqasiyasını və kommersiya daşımalarını təmin etməyə hazırıq", - o vurğulayıb.