Yuxarı

ABŞ İranın 700-dən çox fiziki və hüquq şəxsinə sanksiya tətbiq edəcək

ABŞ İranın 700-dən çox fiziki və hüquq şəxsinə sanksiya tətbiq edəcək
© Hollywood Reporter

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ Maliyyə Nazirliyi noyabrın 5-də İranın 700-dən çox fiziki və hüquq şəxsinə sanksiya tətbiq edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

“Nazirlik bazar ertəsi məhdudlaşdırıcı tədbirlər təbiq etdiyimiz fiziki və hüquqi şəxslər siyahısına 700-dən artıq ad salacaq. Bunlar arasında daha əvvəl İranla "altılıq" ölkələri arasında imzalanmış Müştərək Əhatəli Plana uyğun olaraq siyahıdan çıxarılmış bir neçə yüz ad, üstəgəl 300-dən artıq yeni ad var”, - o vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi