ABŞ İrana qarşı yeni sansksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sansksiyalar hazırlayır Rəsmi Vaşinqton Tehranın ballistik raket proqramının inkişafına mane olmaq istəyir
Digər ölkələr
31 Dekabr , 2015 06:03
ABŞ İrana qarşı yeni sansksiyalar hazırlayır

Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ prezidentinin administrasiyası İranın bir sıra şirkət və fiziki şəxsinə qarşı sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.

"Report"un "Lenta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Tehranın ballistik raket proqramının inkişafına mane olmaq istəyən rəsmi Vaşinqton, İranın 10-dan çox şirkət və məmurunu yeni sanksiya siyahısına daxil etməyə planlaşdırır.

Qeyd edək ki, Şimali Koreyanın istehsalı olan Rodong raketlərinin texnologiyası əsasında yaradılan İranın Shahab-3/3B tipli ballistik raketləri, iki min kilometr məsafəni qət etmə potensialına malikdir. Beləliklə, Tehran İsraillə yanaşı Yaxın Şərqdə yerləşən ABŞ-ın hərbi bazalarına da zərbə endirmək iktidarındadır.

Son xəbərlər

Orphus sistemi