ABŞ Hindistanla əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edib

ABŞ Hindistanla əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edib Hindistanın baş naziri Amerika ilə ölkəsi arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib
Digər ölkələr
25 Yanvar , 2015 16:46
ABŞ Hindistanla əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edib

BAKI. 25 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Hindistanın baş nazirinin Asiya Sakit okeanı hövzəsinə yeni baxışı ilə razılaşdığını bildirib.

Dehlidə keçirilən birgə mətbuat konfransında Barak Obama deyib ki, Narendra Modi ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edilib.

"Report" Amerikanın Səsi-nə istinadla xəbər verir ki, Hindistanın baş naziri Amerika ilə ölkəsi arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Modi ilə danışıqlardan öncə prezident Mahatma Qandinin abidəsi önünə əklil qoyub.

Barak Obama Hindistanın Respublika Gününə qatılacaq ilk ABŞ prezidenti olacaq. Hər il yanvarın 26-da Hindistan 1950-ci ildə ölkə Konstitusiyasının qüvvəyə minməsi günü Respublika Günü kimi qeyd edir.

Bu səfər keçən il cənab Modinin Vaşinqtona səfəri zamanı razılaşdırılmışdı. Hindistan lideri prezident və birinci xanımı mərasimə qonaq kimi dəvət etmişdi.

Prezidentin Hindistana səfərinə ikitərəfli zirvə görüşü, ABŞ və Hindistan biznes liderləri arasında iqtisadi danışıqlar daxildir.

Barak Obama Tac Mahalı ziyarət etdikdən sonra yanvarın 27-də Səudiyyə Ərəbistanına səfər edəcək.

Son xəbərlər

Orphus sistemi