Yuxarı

ABŞ Hindistanı sanksiyalarla hədələyib

ABŞ Hindistanı sanksiyalarla hədələyib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Hindistan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alacağı təqdirdə, ABŞ-ın sanksiyasına məruz qalacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi “The Hindu” adlı sayta bildirib.

Qeyd olunub ki, bu qadağa “Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanuna əsasən tətbiq ediləcək. Bu, İran, Şimali Koreya və Rusiya ilə “əhəmiyyətli alış-veriş” edən istənilən ölkəyə tətbiq olunacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 4-də Hindistana ikigünlük rəsmi səfəri gözlənilir. “S-400”lə bağlı müqavilənin də həmin səfər çərçivəsində imzalanacağı ehtimal edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi