Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Silahlı Qüvvələrinin komandanlığı aprelin sonunda Amerika qoşunlarını Suriyadan çıxarmağa hazırlaşır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların hazırda vəzifədə çalışan, habelə və keçmiş vəzifəli şəxslərinə istinadən "The Wall Street Journal" qəzeti bildirib.
Qəzetin məlumatına görə, ABŞ hərbi kontingentinin əsas hissəsini Suriyadan martın ortalarında çıxarmağı planlaşdırır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Birləşmiş Ştatların qoşunlarının Suriyadan çıxarılmasına başlamaq qərarını elan edib. Hazırda ərəb respublikasında 2000-ci Amerika kontingenti yerləşir. Güman edilirdi ki, ABŞ qoşunlarını Suriyadan 60-100 gün ərzində çıxaracaq.
Daha əvvəl Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının Suriyada qalan yaraqlıları ilə mübarizə apara-apara, öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayır.