ABŞ hərbçiləri yenidən Suriyadakı bazaya qayıdıb

ABŞ hərbçiləri yenidən Suriyadakı bazaya qayıdıb ABŞ hərbçiləri yenidən Suriyadakı bazaya qayıdıb.
Digər ölkələr
3 Noyabr , 2019 04:51
ABŞ hərbçiləri yenidən Suriyadakı bazaya qayıdıb

ABŞ hərbçiləri yenidən Suriyadakı bazaya qayıdıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Pentaqonun təmsilçiləri Suriyanın Türkiyənin cənub hissəsi ilə sərhəd olan Ayn-əl-Ərəb (Kobani) rayonuna gediblər.

Qeyd edək ki, ABŞ hərbçiləri bir qədər əvvəl həmin dayaq məntəqəsini tərk etmişdilər. Buna səbəb Türkiyə Silahlı Qüvvələrinin "Barış pınarı" əməliyyatını başlaması idi.

Məlumata görə, 50 zirehli texnikadan və İraqın dövlət nömrə nişanlarının olduğu xeyli sayda yük avtomobilindən ibarət konvoy Sirrin yaşayış məntəqəsinə qayıdıb. 

Son xəbərlər

Orphus sistemi