ABŞ hərbçiləri Yəməndə "Əl Qaidə"nin 5 silahlısını məhv edib

ABŞ hərbçiləri Yəməndə "Əl Qaidə"nin 5 silahlısını məhv edib Hədəf "Əl-Qaidə" Ərəbistan yarımadasında" qruplaşmasının silahlıları olub
Digər ölkələr
25 Yanvar , 2017 22:42
ABŞ hərbçiləri Yəməndə Əl Qaidənin 5 silahlısını məhv edib

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ Hərbi Qüvvələri son günlər Yəməndə "Əl-Qaidə" terror qruplaşmasının mövqelərinə bir neçə zərbə endirib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə komandanlığının qərargahı xəbər verib.

Məlumata görə, zərbələr yanvarın 20-22-də Əl-Beyd vilayətinə endirilib. Nəticədə beş yaraqlı məhv edilib.

Hədəf "Əl-Qaidə" Ərəbistan yarımadasında" qruplaşmasının silahlıları olub. Qərargahdan bildirilib ki, ABŞın və onun müttəfiqlərinin, habelə Birləşmiş Ştatların tərəfdaşlarının "Əl-Qaidə" tərəfindən gözlənilən təhlükələrdən qorunması davam etdiriləcək. Terrorçuların Yəməndən sığınacaq kimi istifadə etmələrinə imkan verilməyəcək.

Son xəbərlər

Orphus sistemi