Yuxarı

ABŞ hərbçiləri ənənəvi baş geyimləri geyə bilərlər

ABŞ hərbçiləri ənənəvi baş geyimləri geyə bilərlər

ABŞ Hərbi Hava Qüvvələri geyim qaydalarını dəyişdirərək ənənəvi dini etiqadlarına əməl etmək istəyən sikhlərin və müsəlmanların arzularına uyğun addım atıblar.

“Report” CNN-ə istinadən xəbər verir ki, ötən həftə hazırlanması başa çatdırılan yeni qaydalara görə sikhlərə və müsəlmanlara artıq əmmamə, hicab geymək, saqqal saxlamaq, saçını qırxmamaq ixtiyarı verilir. Bu qayda fövqəladə halların yaratdığı məhdudiyyətlər istisna olmaq şərtilə tətbiq edilir.

Yeni qaydalara uyğunlaşma işlərinin ABŞ ərazisində 30 gün ərzində, xarici ölkələr ərazisində isə 60 gün ərzində başa çatdırılması nəzərdə tutulur.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən sikhlər və müsəlmanlar dini ənənələrini zahiri görünüşlərində ifadə etmək üçün fərdi qaydada icazə almalı idilər.

Bu yeniliyi dəstəkləyən müsəlman hüquq müdafiəçilərinin fikrincə, Pentaqon şəxsi heyətdəki müxtəlif dini etiqad daşıyıcılarına dair daha çevik və dözümlü siyasət yeritməli, sözügedən addımı başqa qoşun növlərində də tətbiq etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi