Pentaqon: Əfqanıstanda "Əl-Kaidə" rəhbərlərindən biri məhv edilib

Pentaqon: Əfqanıstanda "Əl-Kaidə" rəhbərlərindən biri məhv edilib Farux əl-Katani öldürülüb
Digər ölkələr
5 Noyabr , 2016 04:58
Pentaqon: Əfqanıstanda Əl-Kaidə rəhbərlərindən biri məhv edilib

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ hərbçiləri aviasiya zərbələrinin köməyi ilə Əfqanıstanın şimal-şərqində "Əl-Qaidə" terror qruplaşmasının rəhbərlərindən biri Farux əl-Katanini məhv ediblər.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk məlumat verib.

Onun sözlərinə görə, terrorçunun məhv edilməsi məqsədilə hava zərbəsi Kunar vilayətinə oktyabrın 23-də endirilib. Əl-Kataniyə ölkənin ərazisində terrorçular üçün sığınacaq təşkil etmək tapşırılmışdı.

Bundan başqa, Kuk əlavə edib ki, Pentaqonda hələ həmin gün digər döyüşçü Bilal əl-Utabinin məhv edilməsi məqsədi ilə edilmiş başqa zərbənin nəticələrini qiymətləndirirlər.

Son xəbərlər

Orphus sistemi